Bugünkü səfər göstərir ki, əlaqələrimiz uğurla inkişaf edir.

Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İtaliya Respublikasının Prezidenti Sercio Mattarella ilə geniş tərkibli görüşdən sonra mətbuata bəyanatında bildirib.

Dövlət başçısı deyib ki, Azərbaycan və İtaliya əsl strateji tərəfdaşlardır.

Biz uzun illər etibarlı tərəfdaşlar kimi bir-birimizi dəstəkləmişik

TAP layihəsi ilə Azərbaycan qazı İtaliyaya ixrac olunur.

Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İtaliya Respublikasının Prezidenti Sercio Mattarella ilə geniş tərkibli görüşdən sonra mətbuata bəyanatında bildirib.

Dövlət başçısı deyib ki, Cənubi Qaz Boru kəməri ilə Azərbaycan 14 ölkəyə qaz ixrac edir: “Boru kəməri ilə ixraca görə Azərbaycan birinci yerdədir. Biz uzun illər etibarlı tərəfdaşlar kimi bir-birimizi dəstəkləmişik. Qarşılıq inam və etimad olmasaydı, bu layihələr gerçəkləşməzdi”.

İtaliya-Azərbaycan Universiteti iki ölkə arasında dostluğu daha da gücləndirəcək

Sabah İtaliya-Azərbaycan Universitetinin binasının açılışında iştirak edəcəyik.

Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İtaliya Respublikasının Prezidenti Sercio Mattarella ilə geniş tərkibli görüşdən sonra mətbuata bəyanatında bildirib.

Dövlət başçısı deyib ki, artıq İtaliya-Azərbaycan Universitetində yüzlərlə tələbə təhsil alır: “Bu universitet iki ölkə arasında dostluğu daha da gücləndirəcək”.

İlham Əliyev İtaliya Prezidentinin TAP layihəsinin icrasındakı rolunu açıqlayıb

Bu gün Prezident Sercio Mattarella ilə söhbət əsnasında onun ötən səfərini xatırladıq.

Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İtaliya Respublikasının Prezidenti Sercio Mattarella ilə geniş tərkibli görüşdən sonra mətbuata bəyanatında bildirib.

Dövlət başçısı deyib ki, həmin zaman TAP layihəsinin icra məsələsi gündəlikdə idi: “Müxtəlif problemli məqamlar mövcud idi. Prezident Sercio Mattarellanın bu səfərdən sonra şəxsən bu məsələyə müdaxilə etməsi və bu məsələni həll etməsi imkan verdi ki, TAP layihəsi uğurla icra edilsin”.

Bir çox ölkələrin enerji təhlükəsizliyinə öz töhfəmizi vermişik

Energetika sahəsində (İtaliya ilə - red.) bir çox önəmli layihələr icra edilmişdir. Xüsusilə Azərbaycan neftini və qazını İtaliyaya ixrac etməklə biz dünya bazarlarına geniş həcmdə öz təbii resurslarımızı göndərə bilmişik.

Bu sözləri Prezident İlham Əliyev İtaliya Prezidenti Sercio Mattarella ilə mətbuata bəyanatında söyləyib.

“Eyni zamanda, bir çox ölkələrin enerji təhlükəsizliyinə də öz töhfəmizi vermişik”, - deyə dövlət başçısı diqqətə çatdırıb.

Aİ ilə elektrik enerjisinin ixracı ilə bağlı işləyirik

Mən Prezidenti Sercio Mattarellaya bu gün məlumat verdim ki, biz hazırda Avropa İttifaqı (Aİ) ilə elektrik enerjisinin ixracı ilə bağlı işləyirik.

Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İtaliya Respublikasının Prezidenti Sercio Mattarella ilə geniş tərkibli görüşdən sonra mətbuata bəyanatında bildirib.

Dövlət başçısı deyib ki, elektrik xətlərinin çəkilməsi ilə bağlı texniki-iqtisadi əsaslandırma hazırlanmaqdadır və yəqin ki, yaxın vaxtlarda hazır olacaq: “Beləliklə, TAP-ın, Cənubi Qaz Dəhlizinin açdığı yol bu gün daha böyük layihələrə yol açır. O cümlədən Xəzərin dibi ilə Orta Asiyadan Azərbaycana və daha sonra Avropaya ötürüləcək elektrik enerjisi bizim əməkdaşlığımızın həcmini daha da artıracaq”.

.