Prezident İlham Əliyev "Ələt azad iqtisadi zonasının yaradılması və fəaliyyətinin təşkili haqqında" 22 may 2020-ci il tarixli fərmanında dəyişiklik edib.

Bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.

Fərmana əsasən, Zonanın yaradılması prosesində İqtisadiyyat Nazirliyinin tərtib etdiyi "Bakı şəhər Qaradağ rayonu Ələt qəsəbəsinin inzibati ərazisində kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid, dövlət mülkiyyətində olan ərazidən Ələt azad iqtisadi zonasına ayrılması nəzərdə tutulan (V hissə) 1453,09 hektar torpaq sahəsinin yerquruluşu planı da nəzərə alınacaq.

Nazirlər Kabineti fərmandan irəli gələn məsələləri həll etməlidir.

.