
Bu gün Avropanın daha çox Azərbaycan qazına ehtiyacı var.
Bunu Prezident İlham Əliyev 3-cü Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə deyib.
Dövlət başçısı bildirib ki, Azərbaycan bu həcmi artırmağa hazırdır. Prezidentin sözlərinə görə, 2021-ci ildə bu rəqəm 8 milyard kubmetr idi, bu gün isə 13 milyard kubmetrdir: "Bu, bizim ümumi hasilatımızın və ixracımızın yarısıdır. Əlavə həcmlər üçün isə Avropa institutları ilə bağlı yenidən praqmatik yanaşma olmalıdır".
.