Dünən biz Qırğızıstan-Azərbaycan Dostluq Parkının açılışında iştirak etdik. Bu park gözəl müasir istirahət mərkəzi olmaqla yanaşı, bizim xalqlarımızın qardaşlığını da təmsil edir.

Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Bişkekdə Heydər Əliyev adına 20 saylı Məktəb-Gimnaziya təhsil-tərbiyə kompleksinin açılış mərasimində bildirib.

Dövlət başçısı deyib: “Bu gün bizim yaşadığımız bu əlamətdar hadisələr xalqlarımızın yaddaşında uzun illər boyu dərin iz buraxacaq. Əminəm ki, bizim ölkələrimiz arasında qardaşlıq münasibətləri mənim dövlət səfərimin nəticələrinə görə yeni dinamika, yeni stimul alacaq”.

Prezident: Bu əlamətdar hadisələr münasibətlərin xarakterini və ruhunu əks etdirir

Bu məktəbə Azərbaycanın görkəmli oğlu Heydər Əliyevin adının verilməsi qərarına görə Qırğızıstan Prezidentinə təşəkkürümü bildirirəm. Biz bunu xalqlarımız arasında dostluğun, qardaşlığın rəmzi, Heydər Əliyevin xatirəsinə ehtiram kimi dəyərləndiririk.

Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Bişkekdə Heydər Əliyev adına 20 saylı Məktəb-Gimnaziya təhsil-tərbiyə kompleksinin açılış mərasimində söyləyib.

“Sadır Nurqojoyeviçin də qeyd etdiyi kimi, bu gün biz daha bir məktəbi, Azərbaycanın digər görkəmli oğlu, Azərbaycan xalqının fəxri olan şairi, mütəfəkkiri Nizami Gəncəvinin adını daşıyacaq məktəbi də ziyarət edəcəyik. Bu əlamətdar hadisələr qardaş ölkələrimiz arasında münasibətlərin xarakterini və ruhunu əks etdirir”, - Azərbaycan Prezidenti vurğulayıb.

Azərbaycan Prezidenti: Heydər Əliyev tarixdə dərin iz buraxmış görkəmli şəxsiyyətdir

Qırğızıstan Prezidentinin vurğuladığı kimi, Heydər Əliyev tarixdə dərin iz buraxmış görkəmli şəxsiyyətdir. O, iş yerindən və ictimai-siyasi quruluş formasından asılı olmayaraq, həmişə Azərbaycanın maraqlarını müdafiə edib.

Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev Bişkekdə Heydər Əliyev adına 20 saylı Məktəb-Gimnaziya təhsil-tərbiyə kompleksinin açılış mərasimində söyləyib.

Dövlət başçısı qeyd edib ki, Heydər Əliyev sovet dövründə Azərbaycanın rəhbəri olarkən respublikanı keçmiş SSRİ-də sosial-iqtisadi inkişaf göstəriciləri üzrə son yerlərdən qabaqcıllar sırasına çıxarmışdı. Eyni zamanda, istər SSRİ hökuməti sədrinin birinci müavini olduğu vaxtlarda, istərsə də xalqın onu gənc Azərbaycan Respublikasını iflasa uğramaqdan xilas etməyə çağıranda, ən çətin dövrdə Azərbaycan dövlətinə rəhbərlik edəndə ölkənin maraqlarını müdafiə edib.

.