"Azərbaycan bundan sonra da Cənubi Qafqazda sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi istiqamətində fəaliyyətini davam etdirəcəkdir".

Bu barədə Prezident İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının yeni seçilmiş Prezidenti Donald Trampa ünvanladığı məktubda bildirilib.

"Əminəm ki, Azərbaycan-ABŞ dostluq münasibətlərinin güclənməsi, ölkələrimizin milli maraqları, o cümlədən milli təhlükəsizlik maraqları əsasında tərəfdaşlığımızın irəli aparılması yolunda bundan sonra da birgə səylər göstərəcəyik", - məktubda qeyd edilib.

.