Moldova prezidenti İqor Dodon nazirlər kabinetin altı üzvünün istefası haqqında dekretləri imzalayıb.

Xarici mediya xəbər verir ki, bu haqda prezidentin Feysbuk səhifəsində bildirib.

Bunlar əmək və sosial müdafiə naziri Stel Qriqoraş, baş nazirin müavini, xarici işlər və Avropaya inteqrasiya naziri Andrey Qalbura, kənd təsərrüfatı, regional inkişaf və ətraf mühit naziri Vasil Bıtka, ədliyyə naziri Vladimir Çebotay, səhiyyə naziri, reinteqrasiya üzrə baş nazirin müavini George Belana, baş nazirin müavini, iqtisadiyyat və infrastruktur naziri Oktavian Kalmıkdır.


.