Ukrayna prezidenti Pyotr Poroşenko Türkiyədə ikigünlük səfərdədir.
Virtualaz.org xəbər verir ki, bunu Ukraynanın İqtisadiyyat və Ticarət Nazirliyinin nümayəndəsi Nataliya Mikolskaya özünün "Facebook" səhifəsində qeyd edib.
Məlumata əsasən, Pyotr Poroşenko martın 10-11-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və baş nazir Əhməd Davudoğlu ilə görüşlər keçirəcək. Görüşlərdə Türkiyə ilə Ukrayna arasında Azad Ticarət Zonasının yaradılması məqsədilə müvafiq sənədin imzalanacağı ehtimal olunur.
Səfər çərçivəsində Türkiyə-Ukrayna Strateji Ali Şurasının toplantısı da keçiriləcək.
Pyotr Poroşenkonun Türkiyənin iş adamları ilə görüşü də nəzərdə tutulub.
.