Ukrayna prezidenti Petro Poroşenko Müdafiə Nazirliyinin rəhbərliyində kadr dəyişiklikləri həyata keçirib. Yenizaman.az-ın Ukrayna saytlarına istinadən yaydığı xəbərə görə, P. Poroşenko müdafiə naziri Mixail Kovalın vəzifəsindən azad olunması barədə Ali Radaya təqdimat verib. Parlament bu təqdimatı qəbul edib. Prezidentin təqdimatı ilə Dövlət Mühafizə İdarəsinin rəisi, general-polkovnik Valeri Qeletey müdafiə naziri vəzifəsinə təsdiqlənib. P. Poroşenko müdafiə naziri vəzifəsindən çıxardığı M. Kovalı Milli Təhlükəsizlik və Müdafiə Şurası katibinin müavini təyin edib.
.
