Ukrayna prezidenti Pyotr Poroşenkonun fərmanı ilə Azərbaycandan enerji resurslarının Ukrayna ərazisi ilə tədarükü marşrutlarının yaradılması üzrə qrup ləğv olunub.
Bu barədə "Trend" "Ukrinform" agentliyinə istinadən məlumat verir.
İşçi qrupu 2011-ci ildə Ukraynanın sabiq prezidenti Viktor Yanukoviçin sərəncamı ilə yaradılmışdı.
P.Poroşenko, həmçinin digər konsultativ, məşvərətçi və yardımçı orqan və xidmətləri ləğv edib.
Qeyd edək ki, hazırda iki ölkənin milli neft-qaz şirkətləri "Sarmatia" beynəlxalq boru kəməri müəssisəsinin iştirakçılarıdır.
.
