Ukrayna prezidenti Pyotr Poroşenko Donetsk vilayətində vəziyyətin gərginləşməsi səbəbindən Türkiyəyə səfərini təxirə salıb. Ukrayna prezidentinin mətbuat xidmətinin yaydığı məlumata görə, P.Poroşenko Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının təcili iclasını çağırıb.
"Mən Türkiyəyə səfəri təxirə salmaq qərarına gəldim. Buna səbəb Donetsk vilayətində vəziyyətin gərginləşməsidir”, - deyə P. Poroşenko qeyd edib.
P. Poroşenko onu da bildirib ki, Ukrayna Avropa Şurasının növbədənkənar iclasının çağırılması üçün avropalı tərəfdaşlarına müraciət edərək.
"Dünya ictimaiyyəti Ukraynadakı durumun qəfil gərginləşməsinə qiymət verməlidir”, - deyə o vurğulayıb.
Ukrayna prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda həmçinin bildirilir ki, Ukrayna BMT Təhlükəsizlik Şurasının təcili iclasının çağırılmasını tələb edib.
.
