Polşanın baş naziri Donald Tusk Ukraynada baş verən son olaylara münasibət bildirib. Polşanın hökumət rəhbəri çıxışı zamanı deyib ki, hazırda ölkə iki yerə parçalanmaq təhlükəsi ilə üzləşib.
Donald Tusk eyni zamanda prezident Viktor Yanukoviç tərəfindən təklif olunan həll planını müəmmalı sayıb. "Fikrimcə, Ukrayna prezidenti Viktor Yanukoviç və onun administrasiyasının yürütdüyü siyasət ölkəni bu duruma gətirib çıxarıb. Hazırda Ukraynanın suverenliyi də təhlükə altındadır. Biz bu ölkə ilə qonşu olduğumuz üçün Ukraynada vəziyyətin stabilləşməsi təhlükəsizliyimizin qarantıdır.",-deyə Polşanın baş naziri əlavə edib.
.
