Polşa hökuməti Slovakiyanın Baş naziri Robert Fitsonun Rusiyaya xüsusi təyyarə ilə uçuşuna icazə verib.

Bu barədə Slovakiyanın “Pravda” nəşri Polşanın Slovakiyadakı səfirliyinə istinadən yazıb.

"Slovakiya Baş nazir Robert Fitsonun olduğu xüsusi təyyarənin Moskvaya uçuşunun rəsmiləşdirilməsini tamamlayıb, Polşa isə buna icazə verib", - səfirlikdən bildirilib.

Əvvəllər Fitso Moskvada Qələbə paradında iştirak etmək planlarının qüvvədə qaldığını bildirmişdi. O, Böyük Vətən müharibəsində Qələbənin 80 illiyinin qeyd edilməsi üçün Moskvaya iki tələbə ilə birlikdə gedəcəyini söyləyib. Həmçinin Milli Şuranın (parlament) və Avropa Parlamentinin digər deputatları da Moskvaya gedəcəklər. Lakin onların ayrıca proqramı olacaq.

Bu yaxınlarda Slovakiya KİV-ləri Fitsonun son günlərdə işgüzar tədbirlər proqramını ləğv etdiyini və bunu sui-qəsddən sonra onun səhhətində yaranmış ciddi problemlərlə əlaqələndirdiyini bildiriblər.

.