Polşanın Azərbaycandakı səfirliyi Xocalı soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad edib.

Bu barədə səfirliyin “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib.

“1992-ci ildə Xocalıda həyatını itirənlərin xatirəsini anan azərbaycanlılara qoşuluruq. Xocalıda ailələrini, dostlarını, evlərini itirən hər kəsə dərin hüznlə başsağlığı veririk” , - paylaşımda qeyd edilib.

.