Polşanın Azərbaycandakı səfirliyi ölkəmizi 28 May - Müstəqillik Günü münasibətilə təbrik edib.
Diplomatik nümayəndəliyin "X" hesabında bu barədə paylaşım edilib.
“Azərbaycanın Milli Bayramı - Müstəqillik Günü münasibətilə Polşanın Bakıdakı səfirliyi Azərbaycan xalqına sülh, firavanlıq və ən xoş arzularını bildirir. Müstəqillik gününüz mübarək!”, - açıqlamada deyilir.
.