Polşa səfiri Gürcüstan Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Məlumatı Gürcüstan XİN yayıb. Bildirilib ki, diplomatın çağırılmasının səbəbi sabiq Prezident Mixeil Saakaşvilinin müalicə aldığı “Vivamed” klinikasında baş vermiş insidentlə əlaqəlidir.

Gürcüstan tərəfinin məlumatına görə, polşalı həkim Saakaşvilidən götürdüyü nümunəni ayaqqabısının içərisində, gizli şəkildə xəstəxanadan çıxarmaq istəyib. Gürcüstanın Xüsusi Penitensiar Xidməti hadisənin video görüntülərini yayıb.

.