Rusiyanın Ukraynanın qərbindəki hərbi aktivliyi səbəbindən Polşa Hərbi Hava Qüvvələrinin balansındakı qırıcıları havaya qaldırıb, eləcə də Hava Hücumundan Müdafiə (HHM) sistemlərini hazır vəziyyətə gətirib.

Bu barədə ölkənin Silahlı Qüvvələrinin Komandanlığı “X” hesabında paylaşım edib.

Hərbi Hava Qüvvələrinə məxsus radiolokasiya kəşfiyyatı həyata keçirən qurğular da işə düşüb.

Polşa ordusunun sonuncu belə aktivliyi fevralın 1-də qeydə alınıb.

.