Polşa Prezidenti Andjey Duda Ukraynanın NATO-ya üzvlüyü barədə danışıb.

Bu barədə Polşa dövlət başçısı Vilnüsdə keçirilən NATO sammitindən əvvəl jurnalistlərə deyib.

"Polşanın, mənim bir mesajım var: Biz Ukrayna üçün NATO-ya gedən düz və aydın bir yol yaratmalıyıq", Duda vurğulayıb.

O bildirib ki, "Ukraynanın torpaqları Rusiyanın işğalı altındadır, orada dəhşətli müharibə gedir".

.