
Polşanın yeni seçilmiş Prezidenti Karol Navrotski bu gün Ağ Evə səfər edəcək.
Bu barədə “Associated Press“ məlumat yayıb.
Qeyd olunub ki, səfərin məqsədi ABŞ Prezidenti Donald Trampla münasibətləri gücləndirmək və Birləşmiş Ştatların Polşada güclü hərbi mövcudluğunu qoruyub saxlamaq zərurətini əsaslandırmaqdır.
Vaşinqtona bu səfər keçən ay vəzifəyə başlayan Navrotskinin ilk xarici səfəri olacaq.
Bildirilib ki, Tramp seçkilərdə hazırki Polşa prezidentinə açıq dəstək vermişdi.
Keçmiş həvəskar boksçu və tarixçi olan Navrotski indi prezident kimi Trampla münasibətlərini daha da möhkəmləndirməyə çalışır — xüsusilə də Varşava üçün gərgin bir dönəmdə.
.