Polşanın Baş naziri Donald Tusk miqrantlara sığınacaq verilməsini müvəqqəti dayandırmaq niyyətində olduğunu açıqlayıb.

Kp.ru xəbər verir ki, bu qərar onun Nazirlər Kabinetinin növbəti iclasında təqdim etməyə hazır olduğu yeni miqrasiya strategiyasının tərkib hissəsi olacaq.

Tusk bir çox hallarda sığınacaq hüququndan sui-istifadə edildiyini vurğulayaraq, qeyri-qanuni miqrasiyanın səviyyəsinin köklü şəkildə azaldılmasının vacibliyinə işarə edib. Onun sözlərinə görə, ölkə öz maraqlarına zidd olan və təhlükəsizliyi təhdid edən mexanizmlərdən qurtulmalıdır.

"Biz yaxşı bilirik ki, bu sığınacaq hüququ tez-tez onun mahiyyətinə zidd olaraq necə istifadə olunur", - baş nazir qeyd edib.

.