Rusiyanın Ukraynaya hücumu zamanı Polşanın hava məkanı dronlar tərəfindən dəfələrlə pozulub.

Bu barədə Polşa Silahlı Qüvvələrinim Əməliyyat Komandanlığından bildirilib.

"Bu, vətəndaşlarımızın təhlükəsizliyinə real təhlükə yaradan təcavüz aktıdır", - bəyanatda deyilir.

O da bildirilib ki, təhlükə yaradan dronların zərərsizləşdirilməsi barədə qərar qəbul edilib, bəziləri vurulub.

Qeyd edək ki, səhər saat 5:40-da Çosnovkada polis zədələnmiş pilotsuz uçan aparatının aşkar edildiyini təsdiqləyib.

.