
Polşa Respublikasının baş nazirinin müavini, iqtisadiyyat naziri Yanuş Pexoçinski dekabrın 14-də Bakıya səfər edəcək.
Polşanın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, səfərin məqsədi Azərbaycan və Polşa arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının 6-cı iclasda iştirak etməkdir. Hökumətlərarası Komissiyanın iclası dekabrın 14-15-də keçiriləcək.
Azərbaycan tərəfindən komissiyanın həmsədri energetika naziri Natiq Əliyevdir.
Y. Pexoçinkini bir neçə nazir müavini, 50-dən çox sahibkar, jurnalistlər müşaiyət edəcəklər.
Komissiyanın İclası zamanı Azərbaycan-Polşa Biznes Forumu təşkil olunacaq.
.