Döyüş təlimi keçmiş amerikalılar minlərlə digər əcnəbi ilə birlikdə Ukraynadakı hərbi əməliyyatlarda Kiyev tərəfində iştirak edir.

Belə bir açıqlama Amerikanın “Politico” qəzetində dərc olunub.

Qeyd olunur ki, Ukraynada, amerikalı Harrison Cozefovitsin başçılıq etdiyi “Task Force Yankee” qrupu fəaliyyət göstərir.

O, əvvəllər İllinoys ştatının Çikaqo şəhərində polis məmuru kimi çalışıb.

Harrison həmçinin ABŞ ordusunda xidmət edib.

Yazıda bildirilir ki, qrupda 190-dan çox könüllü var və onlardan bəzilərinin döyüş əməliyyatlarında iştirak edəcəyi gözlənilir.

Qrup üzvləri Kiyevin maraqları naminə Ukraynanın şərq və cənub bölgələrindəki döyüş xəttlərinə dərman və ərzaq çatdırılmasını asanlaşdırır.

.