İtalyanın Torino şəhərində sürətli qatar xəttinə qarşı keçirilən aksiyalarda polisi kaskasından öpən bir qadın aktivist "cinsi təcavüz" və "məmuru təhqir" maddələri ilə həbs edilib.
FaktXəbər-in məlumatına görə, polis rəsmisi Franko Massari, "bunun əksi olsaydı, yəni polis aksiya iştirakçısı olan qadını öpsəydi, III Dünya müharibəsi baş verərdi. Bu hərəkətlərdən narahat olduq. Etiraz müqəddəs bir işdir, amma qanunun sərhədləri keçilsə, buna müşahidəçi qala bilmərik", - deyib.
Həmçinin 20 yaşlı aksiya iştirakçısı Nina Da Çiffre, "polislə zarafat etmək istəmişdim. Hesab edirəm müvəffəqiyyətli də oldu", - söyləyib.
Hadisənin digər iştirakçısı olan polis işçisi Salvatore Pissione isə daha sakit bir mövqe göstərib: "Formada olarkən polis idarəsini təmsil edirəm deməkdir. Təhrikedici hərəkətlərə qarşı dözümlü olmalıyam. Əsas odur ki, həmin hərəkət problem baş vermədən sona çatıb."
.