Yayda rus və azərbaycanlı mafiya üzvlərinin atışması zamanı qətlə yetirilən polisin övladı olub. ANS PRESS-in türk mətbutaına istinadla verdiyi məlumata görə, azərbaycanlı Mahir Şükürov tərəfindən vurulduğu deyilən Hüseyn İrmağın oğlu dünyaya gəlib.
Həyat yoldaşı körpəyə şəhid olan ərini adını verib.
Polisi şəhid edən M.Şükürovun isə məhkəməsi keçirilib. Onun ömürlük azadlıqdan məhrum edilməsi istənilib.
Məhkəmədə M.Şükürov müdafiəsinə hazırlaşmaq üçün vaxt istəyib. Məhkəmə heyəti davada iştirak edən lakin tutulmayan azərbaycanlılar Quara Əliyev və Namiq Umudovun ifadələrinin alınması üçün Azərbaycana, rusiyalı Ceyhun Əsgərov üçün isə Rusiya Ədliyyə Nazirliyinə müraciət edilməsi üçün prosesi təxirə salıb.
Xatırladaq ki, mafiya üzvləri arasında silahlı insident iyun ayının 9-da Edirnədə baş verib. Mahir Şükürovun silahından çıxan güllə davanı sakitləşdirməyə çalışan polisin ürəyindən dəyib. Hadisə yerindən qaçan Şükürov iyunun 18-də tutulub.

.