Bakıda minik avtomobili ilə motosikletin toqquşması nəticəsində ölən şəxsin kimliyi müəyyənləşib.

Virtualaz.org xatırladır ki, Binəqədi rayonu ərazisində Tuncay Tağıyevin idarə etdiyi "Mercedes” markalı avtomobil Şirxan Paşayevin idarə etdiyi motosikletlə toqquşub. Nəticədə 1994-cü il təvəllüdlü Şirxan Paşayev ölüb.

Minik avtomobilinin sürücüsü T. Tağıyev Abşeron Rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsinin təhqiqatçısı, polis kapitanıdır.
.