Bu gün jurnalist Orxan Rüstəmzadə Bakı Ağır Cinayətlər Məhkəməsinin binası yaxınlığında Xədicə İsmayılovanın məhkəmə prosesindən çəkiliş apararkən saxlanılıb.
Jurnalist Nəsimi rayon 22-ci polis bölməsinə aparılıb. Onun ardınca gələn həmkarları Şirin Abbasov və Rəvan Seyfullayev də saxlanılıb.
R.Seyfullayev telefonla Turan agentliyinə bildirib ki, onlar rəisin kabinetinə aparılıb. O.Rüstəmzadənin saxlandığı yer barədə məlumat yoxdur.
.