"Çevik Polis Alayının əməkdaşları qatarları ciddi şəkildə yoxlayır”.
Bir qrup gəncin martın 1-də "Bakı Metropoliteni” QSC-nin "Gənclik”, "28 may”, "Sahil” stansiyalarında "Metroda şalvarsız bir gün” adlı "flash-mob” keçirəcəkləri haqda xəbər vermişdik.
Yenizaman.az xəbər verir ki, bununla əlaqədar AzNews.az-ın əməkdaşı sözügedən metrostansiyalarda müşahidə aparır.
Müxbirin verdiyi məlumata görə, "Gənclik” və "Sahil” stansiyalarından fərqli olaraq, polis "28 may”ı ciddi nəzarətə götürüb.
"28 may” metrostansiyasının giriş-çıxışını, həmçinin stansiyanın daxilində Çevik Polis Alayının əməkdaşları qatarları ciddi şəkildə yoxlayır.
Polisin "28 may” stansiyasına ciddi nəzarət etməsi onu göstərir ki, "flash-mob”un bu stansiyada keçirilməsi ehtimalı daha çoxdur.
Qeyd edək ki, Daxili İşlər Nazirliyi bu gün metroda "Metroda şalvarsız bir gün” aksiyası keçirmək istəyənlərə ciddi xəbərdarlıq edib. DİN rəsmisi bildirib ki, bu tədbiri təşkil edənlər məsuliyyətə cəlb olunacaqlar.
.