Yaponiyanın Fukuoka şəhərində polis paltarı geyinmiş şəxslər təxminən 600 milyon yen (5 milyon dollar) dəyərində qızıl külçələri oğurlayıb. 

Yenizaman.az yerli KİV-ə istinadən xəbər verir ki, polis paltarı geyinmiş oğrular təxminən 100 kq dəyərində qızılın olduğu çemodanları daşıyan avtomobili saxlayıb. Çemodanları avtomobildən boşaldan "polislər” yoxa çıxıblar. Hüquq-mühafizə orqanları hesab edir ki, bu şəxslər mütəşəkkil cinayət qrupunun üzvləridir və hansısa yolla qızılın daşındığı marşurutu öyrənə biliblər. 

Faktla bağlı araşdırma aparılır. 
.