Bakıda polis əməkdaşı yol-nəqliyyat hadisəsi zamanı ağır xəsarət alıb.
Nəsimi rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə Ceyhun Hacıbəyli küçəsi 45 ünvanının qarşısında qeydə alınıb. Nəsimi rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün əməkdaşı, polis serjantı, 1991-ci il təvəllüdlü Əli Adıgözəl oğlu Heydərov idarə etdiyi "VAZ-21154” markalı, 90 RB 215 dövlət nömrə nişanlı avtomobili maneəyə çırpıb.
Nəticədə o, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
APA.az
