Türkiyənin Diyarbəkir şəhərində Səlahəddin Əyyubi adına dövlət xəstəxanasında müalicə edilən PKK-çı Bedrettin Güçlü, onun qaçmaması üçün təyin olunan 4 polisə baxmayaraq qaça bilib.
Avropa.info xəbər verir ki, polisdən yayılan açıqlamada , Türkiyəyə yaralı olaraq girən Bedrettin Güçlünün güc strukturları tərəfindən həbs olunduğu bildirilib. " Gizli bir əməliyyatla həbs olunan Güçlü, Diyarbəkir Səlahəddin Əyyubi Dövlət Xəstəxanasına qaldırıldı, nəzarət üçün 4 polisə tapşırılıb. 1 aydır ki, xəstəxanada müalicə olan Güçlü, 16 noyabrda fərarilik edib".
Yayılan açıqlamada bildirilir ki, hazırda həmin polislərlə bağlı araşdırmaya başlanılıb.
.