Bakıda polisin keçirdiyi əməliyyat zamanı evdən silah və narkotik vasitələr aşkar edilib.
Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat axtarış tədbirləri zamanı, Bakı şəhər sakini Vasif Abbasovdan tiryək və müxtəlif 9 adda həb və maye şəklində olan narkotik vasitələr aşkar edilib.
V.Abbasovun mənzilinə baxış zamanı evdən 1 kiloqram tiryək və nömrəsi silinmiş "Naqan" markalı tapança aşkar edilərək götürülüb.
Nərimanov RPİ-də araşdırma aparılır.(Report)
