
Paytaxt sakinindən silah götürülüb.
Virtualaz.org Daxili İşlər Nazirliyinin saytına istinadən bildirir ki, Yasamal Rayon Polis İdarəsinin 28-ci bölməsi və Çevik Polis Alayı əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Qulu İsmayılovdan "Makarov” markalı tapança və 6 ədəd patron götürülüb.
Faktla bağlı araşdırma aparılır.
.