Polis Ağcabədidə əməliyyatlar keçirib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan  verilən məlumata görə, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Mürsəl Nuruzadə saxlanılıb. Ondan 1 kiloqrama yaxın metamfetamin aşkarlanıb.

Son 1 ay ərzində Ağcabədidə keçirilən tədbirlərlə narkotiklərlə əlaqəli daha 20 nəfər saxlanılıb.

Həmin şəxslərdən biri - Vasif Əlizadənin rayon ərazisində 620 metr uzunluğunda optik rabitə kabelini oğurlayaraq satdığı da müəyyən edilib. Oğurlanan kabellərin bir qismi maddi sübut kimi həmin şəxsdən götürülüb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

.