“Bakı İrəvanı sülh sazişi imzalayaraq sərhədlərin delimitasiyası məsələsinə konstruktiv yanaşmağa çağırır”.

Bunu Azərbaycanın Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu bu ölkənin “RİA Novosti” İnformasiya Agentliyinə müsahibəsində bildirib və Qarabağ müharibəsinin artıq başa çatdığını dilə gətirib.

“Biz bu müharibənin başa çatdığını, münaqişənin keçmişdə qaldığını dəfələrlə bildirmişik. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyaraq sülh sazişini imzalamalı, sərhədlərin delimitasiyası məsələsinə konstruktiv yanaşmalıdır” – deyən səfir Ermənistan tərəfinin başqa mövqedə olduğunu diqqətə çatdırıb: “Ermənistan dövlətlərarası münasibətlərin həllini yenə ləngitməyə çalışmaqla bütün regionun hərtərəfli inkişafı üçün şərait yaradılmasına mane olur”.

Bölgədə Rusiya sülhməramlılarının missiyasının uzadılması məsələsinə toxunan diplomat deyib ki, bu gün bu barədə danışmaq hələ tezdir.

“Azərbaycan Respublikası ərazisində müvəqqəti yerləşdirilən Rusiya Federasiyası sülhməramlı qüvvələri onlara həvalə olunmuş hərbi və humanitar vəzifələrini yerinə yetirməyə davam edir” – deyə səfir qeyd edib.

Xatırladaq ki, 2020-ci il 10 noyabr tarixli birgə bəyanata görə, Rusiya sülhməramlılarının fəaliyyət müddəti 5 il müəyyənləşdirilib.

“Biz dövlət başçılarımızın qarşıya qoyduqları vəzifələri yerinə yetirmək üçün əlimizdən gələni əsirgəməməliyik” – deyə, səfir P.Bülbüloğlu vurğulayıb.

Polad Bülbüloğlu: "Ermənistan bütün regionun hərtərəfli inkişafı üçün yeni şərtlərin yaranmasına mane olur"

"Bakı Yerevanı sülh razılaşması imzalamağa və sərhədin delimitasiyası ilə bağlı məsələyə konstruktiv yanaşmağa çağırır."

Bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu “RİA Novosti”-yə müsahibəsində deyib.

"Biz öz tərəfimizdən dəfələrlə bəyan etmişik ki, müharibə artıq bitib, münaqişə keçmişdə qalıb, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalı, sülh razılaşması imzalamalı və sərhədlərin delimitasiyası məsələsinə konstruktiv yanaşmalıdır", - deyə səfir Bülbüloğlu bildirib.

Onun sözlərinə görə, Yerevan Bakı ilə münasibətlərin tənzimlənməsini təxirə salır: "Ermənistan tərəfi yenidən dövlətlərarası münasibətlərin tənzimlənməsi prosesini təxirə salmağa çalışır və bununla da bütün regionun hərtərəfli inkişafı üçün yeni şərtlərin yaranmasına mane olur".

Qarabağdakı Rusiya sülhməramlı kontingentinin qalma müddətinin uzadılması ilə bağlı suala cavab verən azərbaycanlı səfir: "Bu gün bu barədə danışmaq hələ tezdir", - deyə vurğulayıb.

“Azərbaycan Respublikası ərazisində müvəqqəti olaraq yerləşən Rusiya Federasiyasının sülhməramlı kontingenti ona həvalə edilmiş hərbi və humanitar vəzifələri yerinə yetirməyə davam edir. Dövlət başçıları tərəfindən təyin edilmiş vəzifələri yerinə yetirmək üçün hər cür səy göstərməliyik", - P.Bülbüloğlu əlavə edib.

"Qarabağın dağlıq hissəsi ayrıca ərazi vahidi kimi mövcud deyil".

Bunu Azərbaycanın Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu bu ölkənin “RİA Novosti” İnformasiya Agentliyinə müsahibəsində bildirib.

“Bu il iyul ayının 7-də imzalanmış prezident fərmanı ilə Azərbaycan Respublikasının iqtisadi rayonlarının yeni siyahısı təsdiq edilib. Bunlar arasında Qarabağ iqtisadi rayonu Xankəndi şəhəri, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa, Tərtər rayonlarından, Şərqi Zəngəzur iqtisadi rayonu isə Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarından ibarətdir. Beləliklə, Qarabağın dağlıq hissəsi ayrıca ərazi vahidi kimi müzakirə mövzusu ola bilməz” – deyən səfir xatırladıb ki, ölkədə “Dağlıq Qarabağ” adlı ərazi vahidinin olmadığı Azərbaycan tərəfdən ən yüksək səviyyədə dəfələrlə dilə gətirilib.

.