"Juventus” klubunun yarımmüdafiəçisi Pol Pogba çox güman ki, kariyerasını "Barcelona”da davam etdirəcək. İtaliya mətbuatının verdiyi xəbərdə 22 yaşlı fransız futbolçunun keçidə razılıq verdiyi bildirilib. Qeyd olunur ki, "Juventus” klubu futbolçu üçün 80 milyon transfer qiyməti istəyib. "Manchester City”nin 100 milyonluq təklifinə baxmayaraq, Pogba "Barcelona”ya getmək istədiyini bildirib. Xatırladaq ki, FİFA-nın "Barcelona”ya verdiyi transfer cəzası 2016-cı ilin yanvar ayında bitir..