“İrana zərbə endirmək lazımdır”.

Bu barədə Ukrayna Prezidenti Vladimir Zelenskinin ofisinin rəhbərinin müşaviri Mixail Podolyak deyib.

Onun sözlərinə görə, İran tərəfinin Rusiyaya tədarük etdiyi pilotsuz uçuş aparatlarına görə onlara zərbə endirmək lazımdır.

“Mənə elə gəlir ki, pilotsuz təyyarələrin, ballistik raketlərin və sair istehsalına konkret zərbələr endirmək olardı”, - deyə Podolyak deyib.

Onun sözlərinə görə, Moskvaya yardım etdiyi iddia edilən Tehran bunun cəzasını almalıdır.


 

.