Xətai rayonu, Məhsəti küçəsinin (Əhmədli kəndi, 5 saylı peşə liseyinin yanı) sakinləri Xətai rayonu, Aşıq Ələsgər 2A ünvanda qeydiyyatdan keçmiş "Pluton” şadlıq sarayına qarşı etiraz aksiyası keçirmək niyyətindədilər.
Bu barədə virtualaz.org saytına sakinlər məlumat veriblər.
Şikayətçilər deyirlər ki, şadlıq sarayı Əhmədlidə antisanitariya vəziyyəti yaradıb: ""Pluton” şadlıq sarayı toydan yığılan zibillikləri yaxınlıqdakı "Hobbu” supermarketinin ərtafına yığır. Bundan başqa, toy və digər məclislər üçün kəsilən heyvanın baş-ayağı, içalatı zibil yeşiklərinin yanına atılır. Zibillər isə vaxtlı-vaxtında daşınmır. Bəzən kəskin qoxulardan ətrafdan keçmək mümkünsüzləşir. Dəfələrlə heyvan içalatlarının sakinlər üçün nəzərdə tutulan zibil qutularına atılmaması üçün xəbərdarlıq edilib. Lakin hələ də heyvan içalatının tullanmasının, qanın küçəyə axıdılmasının qarşısı alınmır”.
Şikayətçilər dedilər ki, heyvan qarınlarından, baş-ayaqdan ətrafa kəskin qoxusu azmış kimi axşamlar küçə sahibsiz heyvanlarla dolur: "Axşamlar zibil qutalarının qarşısına siçovul, pikiş və ya itlər yığışır. Artıq uşaqlar küçədə oynamaqdan qorxurlar. Bu vəziyyət belə davam etsə şadlıq sarayının başlanmasını tələb edəcəyik”.
Şadlıq sarayından isə məsələ ilə bağlı açıqlama vermək istəməyiblər.
.
