"Azərbaycan qazı Avropaya 2021-ci ildən tez çatmayacaq”.
"RBK-TV”nin verdiyi məlumatına görə, bu barədə enerji sahəsində dünyanın lider informasiya agentliklərindən biri olan "Platts”ın redaktoru Uilyam Paeull deyib.
"Azərbaycan Avropaya qaz nəqlini başlamaq üçün hələ çox iş görməlidir. Bunların sırasında Xəzər dənizində bir sıra yataqların işlənməsi, kəmərlərin tikintisi və s. Bunların hamısına kifayət qədər böyük vəsait lazımdır. Bunları nəzərə alaraq demək olar ki, Azərbaycan qazı Avropaya 2021-ci ildən tez çatmayacaq”, - deyə o bildirib.
U.Pauellin sözlərinə görə, ilkin mərhələdə Azərbaycandan Avropaya nəql olunan qazın həcmi o qədər də böyük olmayacaq: "Təbii ki, nəql olunan qazın həcmi başqa yataqların da işlənməsi ilə artırıla bilər. Nəticədə illik nəql olunan qazın həcmi 50 milyard kubmetrə çatdırıla bilər. Bununla belə, hətta bu həcm Norveçin nəql etdiyindən iki dəfə azdır. Bu, həmçinin Rusiyanın Avropaya verdiyi qazın həcmindən da azdır”.
.
