Plastik cərrah Vüqar Ələkbərovun icra etdiyi əməliyyatdan verilən şikayət üzrə araşdırma aparılır.

Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, plastik cərrah Vüqar Ələkbərov tərəfindən icra olunan əməliyyatlar nəticəsində səhhətlərində problemlər yaranmasına dair 2 nəfərin müraciəti üzrə Bakı şəhəri Nəsimi və Binəqədi rayon prokurorluqlarında araşdırma aparılır.

“Hər iki müraciət üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmaqla nəticəsi barədə müvafiq qərarın qəbul edilməsi təmin olunacaq”, - qeyd olunub.

Xatırladaq ki, sosial şəbəkədə plastik cərrah Vüqar Ələkbərovun icra etdiyi əməliyyatdan sonra pasiyentin bədəninin çürüməsi ilə bağlı məlumatlar yayılıb.

.