Suriya Milli Ordusu PKK/YPG-nin nəzarət etdiyi Mənbicdə əməliyyata başlayıb.

Bu barədə “TRT Haber” telekanalı məlumat yayıb.

Məlumatda qeyd edilib ki, Suriya Milli Ordusu “Azadlıq şəfəqi” əməliyyatında PKK/YPG terror təşkilatının işğalı altındakı Mənbicin Ureyme qəsəbəsi və Um Dadat kəndini azad edib.

Məlumata görə, ordu Mənbicin 80 faizinə nəzarəti ələ alıb. Mənbələr Ordunun Mənbicin mərkəzinə daxil olduğunu açıqlayıb.

.