PKK terror təşkilatına qarşı əməliyyatların başlandığı 24 iyul 2015-ci il tarixindən bu yana 3953 terrorçu öldürülüb.
Publika.az "Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Silahlı qüvvələrı Baş qərargahındakı mənbələr bildirib.
Ölkə daxilində 2109 terrorçu öldürülüb, 106-sı yaralanıb, 3081 terrorçu sağ ələ keçirilib.
Ölkə xaricində öldürülən terrorçuların sayı isə 1844-dür. Ölkə xaricində aparılan əməliyyatlarda 500 terrorçu yaralanıb.
Türkiyə təhlükəsizlik gücləri əməliyyatlarda 393 şəhid verib.
.
