Kürdüstan Fəhlə Partiyasının (PKK) yaraqlıları Türkiyənin Mardin vilayətində polis məntəqəsinə basqın ediblər.
Bu barədə Trend "Milliyet” qəzetinə istinadən xəbər verir. Hücum nəticəsində iki yüksək çinli polis əməkdaşı yaralanıb. Hüquq-mühafizə orqanı əməkdaşlarının hadisə yerinə gəlməsindən sonra PKK tərəfdarları vilayətdə bir sıra yolları bağlayıblar. Məlumata görə, polis yolları açmağa nail olub.
.