
Bakı Şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, yanvarın 12-də günorta saatlarında Bakıxanov qəsəbəsi Mehmandarov küçəsində Bakı şəhər sakini 1961-ci il təvəllüdlü Eldar Bayramovu avtomaşınla vuraraq ona ağır bədən xəsarəti yetirib hadisə yerindən qaçan şəxsin Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü Eldar Əhmədov müəyyən olunub. Sürücü idarə etdiyi "VAZ 2106" markalı avtomobillə saxlanılıb.(APA)
.