Bakıda piyadanı vuran sürücü hadisə yerindən qaçıb.
Sabunçu-Zabrat avtomobil yolunda baş verən qəzada şəxsiyyəti məlum olmayan 45-50 yaşlarında kişi ağır bədən xəsarətləri alıb.
Qəzanı törədən "VAZ 21 09" markalı avtomobilin sürücüsü hadisə yerindən qaçıb.
O, avtomobili yol kənarında saxlayaraq hadisə yerindən uzaqlaşıb. Bir neçə dəqiqə sonra isə naməlum şəxslər gələrək avtomobili qəza baş verən ərazidən aparmaq istəyiblər.
Lakin avtomobil yararsız vəziyyətə düşdüyündən onlar avtomobilindövlət nömrə nişanlarını çıxarmaqla kifayətlənib uzaqlaşmalı olublar.
Vəziyyəti ağır olan piyada isə hadisə yerinə çağırılan təcili tibbi yardım maşını ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.
Şahidlərin verdiyi məlumata görə, qəzanı törədən avtomobilin dövlət nömrə nişanı 90 MB 936 olub.




Musavat.com
.
