Sumqayıtda maraqlı hadisə baş verib. Belə ki, paytaxta işə gedən sürücülərdən  biri göyərçinin piyada  keçidindən istifadə etdiyini lentə alıb. Kadrlardan görünür ki, göyərçin  piyada keçidində sürətlə şütüyən avtomobillərin saxlayaraq ona yol verməsini gözləyir. Hətta keçidə daxil  olan göyərçin yolu keçə bilməyəcəyini görüb geri qayıdır. Avtomobillərin saxlamasını gözləyən quş sonra piyada keçidini keçir.

Bu görüntü bəzi insanlarımıza bir ibrətdir.

Xeberle.com
Videonun müəllifi İlham Məmmədzadədir


.