Pirşağı çimərliyində iki nəfər boğulub.

Hadisə iyulun 28-i saat axşam saatlarında qeydə alınıb. İmişli rayon sakini olan 2017-ci il təvəllüdlü azyaşlı dənizdə çimərkən boğulub.

Onun meyiti sudan çıxarılıb.

Elə həmin vaxt Pirşağı çimərliyində Bakı şəhər sakini 1994-cü il təvəllüdlü Rüfət Cabbarov suda boğulub.

Onun da meyiti sudan çıxarılıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

.