İran Prezidenti Məsud Pezeşkian terrorizm, ekstremizm və yeni təhlükəsizlik təhdidlərinə qarşı mübarizə aparmaq üçün Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) institusional və ekspert potensialının gücləndirilməsinin vacibliyini bildirib.

"Report" ISNA-ya istinadən xəbər verir ki, bu barədə Məsud Pezeşkian Bişkekdə keçirilən ŞƏT sammitində bildirib.

Onun sözlərinə görə, güc tətbiqinə əsaslanan yanaşmaların davam etdirilməsi təkcə ayrı-ayrı dövlətlərin təhlükəsizliyinə deyil, həm də bütövlükdə regionun və dünyanın sabitliyinə təhdid yaradır.

XƏBƏR YENİLƏNİR

.