İran hökuməti ölkədəki iqtisadi problemləri bilir, lakin daha çox pul çap edərək inflyasiyanı artırmayacaq.
Yenizaman IRNA-ya istinadən xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian bildirib.
Onun sözlərinə görə, hökumət tərəfindən pul emissiyası həyata keçirilərsə, bu, əhalinin aşağı təbəqələrinə ciddi zərbə vura bilər.
Bununla belə, İran Prezidenti hökumətin çatışmayan cəhətlərini dərk etdiyini və yaranmış vəziyyətdən çıxış yolu tapmaq üçün mütəxəssislərlə məsləhətləşməyə hazır olduğunu qeyd edib.
"Mən ekspertlərin məsləhətlərini dəyərləndirirəm və ölkənin inkişafı üzərində işləmək üçün sizin fikrinizi eşitmək istəyirəm", - Prezident bildirib.
Onun sözlərinə görə, İranın hazırkı vəziyyətinə görə məsuliyyəti çox sayda insan daşıyır, buna görə də ölkədə yaranmış problemləri birgə səylərlə həll etmək lazımdır.
"Biz hamımız birgə ölkəni bu nöqtəyə gətirdik və birgə məsuliyyət daşıyırıq. Günahın yalnız bir tərəfdə olduğunu düşünmək yanlışdır", - İran Prezidenti deyib.
O, həmçinin İranın məhdud maliyyə imkanlarına da toxunub və ölkənin inkişaf seçimi potensialını və imkanlarını adekvat qiymətləndirmənin zəruliyini vurğulayıb.
"Biz hazır olsaq da, reallığı dərk etməliyik. Əvvəlcə nə edəcəyinizi deməlisiz. Maliyyə məhduddur, resurslarımız yoxdur. Lakin olsaydı biz heç nədən imtina etməzdik", - deyə o vurğulayıb.
.
