İran hökuməti dövlət büdcəsi layihəsini hazırlayarkən dörd prinsip və prioritetə əsaslanıb.
Yenizaman İRNA-ya istinadən xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian parlamentdə gələn il üçün (İran təqvimi ilə 1404-cü il üçün - 2025-ci ilin mart – 2026-cı ilin mart ayınadək olan müddət) dövlət büdcəsi layihəsini təqdim edərkən bildirib.
Məlumata görə, prezidentin açıqladığı prioritetlər aşağıdakılardır:
- Müdafiə bazasının gücləndirilməsi. Regionun şərtləri və İran xalqının üzləşdiyi təhlükələr nəzərə alınaraq büdcə rəqəmlərində müdafiə bazasının gücləndirilməsinin hökumətin əsas prioritetlərindən biri olması təmin edilib;
- Yeddinci beşillik planın tapşırıqlarının yerinə yetirilməsi: Büdcə müddəalarının yeddinci planın tapşırıqlarına uyğunluğu həmişə nəzərə alınıb;
- Sosial ədalətin gücləndirilməsi. Məqsəd əhalinin imkansız təbəqəsini dəstəkləməkdir. Proqramın büdcəsinin ədalətə əsaslanaraq tənzimlənməsi digər vəzifələrdən üstündür.
- İqtisadi artıma və inflyasiyanın azaldılmasına ciddi diqqət. Bu, yeddinci planın ali məqsədi kimi proqramın başlıca məqsədidir.
.