Peterburq metrosunda partlayış nəticəsində 10 nəfər ölüb, 47 nəfər yaralanıb - Yenilənib

Bu gün Peterburq metrosunda baş verən terror aktı nəticəsində 10 nəfər ölüb, 47 nəfər yaralanıb.
RiaNovosti xəbər verir ki, bu barədə Rusiya səhiyyə naziri Veronika Skvortsova məlumat yayıb.


Rusiya Milli Antiterror Komitəsi (MAK) Sankt-Peterburq şəhərində metroda baş verən partlayış nəticəsində ölən və yaralıların sayını açıqlayıb.

MAK partlayış nəticəsində 9 nəfər öldüyü, 20 nəfər yaralandığını təsdiqləyib.
Qeyd edək ki, bəzi mənbələr partlayış nəticəsində 10 nəfərin öldüyü, 50 nəfərin yaralandığı barədə məlumat yayıb.(apa)

.